ÜZÜCÜ XƏBƏR: Dünya çempionumuz faciəvi şəkildə öldürüldü - FOTO

OXUNUB: 856 İDMAN
Kik-boksinq üzrə dünya kubokunun qalibi, azərbaycanlı Ramil Caniyev Rusiyanın Çelyabinsk şəhərində evində güllələnib.
 
Bu haqda Rusiya İstintaq Komitəsinin Çelyabinsk vilayətini Kurçatov rayonu üzrə istintaq şöbəsinin rəhbəri Yevgeni Mitroxin bildirib.

Cinayət sentyabrın 8-də törədilib. Azərbaycan vətəndaşı Ostrovski küçəsində yerləşən binanın həyətində öldürülüb. Xəbərə görə, cinayətkar qurbanını blokda gözləyirdi. Həkimlərin səylərinə baxmayaraq, ağır yaralanan 25 yaşlı idmançını xilas etmək mümkün olmayıb.

74.ru saytının mənbələrinin məlumatına görə, qətldə Azərbaycan sakini - 26 yaşlı Eldəniz Bağırov şübhəli bilinir. Mümkündür ki, idmançı qrup arasında münaqişənin qurbanı olub.
İqor Mitroxin bildirb ki, hazırda onun yeri haqqında məlumatlar müəyyən edilir.

Ramil Canıyev Çelyabinskdə yaşayır və oxuyurdu. O, 6 saylı məktəbi və Ural Bədən Tərbiyəsi Universitetində təhsil alıb./publika
 
İcmal.Az

RƏYLƏR