1 yaşlı körpə evdə nəzarətsiz qaldı, başına bədbəxt hadisə gəldi

OXUNUB: 613 HADİSƏ
Nərimanov rayonu, Təbriz küçəsində 1 yaşlı körpə dərmandan zəhərlənib.

2017-ci il təvəllüdlü Nur Emin qızı Abdullazadə evdə nəzarətsiz qaldığından mizin üzərindəki dərmanları götürərək udub.
Uşaq dərhal 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyləri nəticəsində uşaq ağır vəziyyətdən çıxıb və evə buraxılıb. 

Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılıb, 1 yaşlı körpənin valideynlərinin izahatı alınıb./ölkə

İcmal.Az

RƏYLƏR