12 günlük körpənin dişini çəkdilər - FOTO - VİDEO

OXUNUB: 677 MARAQLI
İngiltərədə dişlə doğulan 12 günlük uşağın dişini çəkiblər. 

İcmal.Az xarici mətbuata istinadən xəbər verir ki, uşağın anası Casmin övladı İsla-Rose Hizmanı bu qədər tez həkimə aparacağını düşünmədiyini bildirib: "Dişi sağlam olmadığına və sallandığına görə çəkdirmək məcburiyyətində qaldıq”. 

Klinikadan bildiriblər ki, İsla-Rosenin bu günə kimi müalicə etdikləri ən kiçik yaşlı xəstə olduğunu söyləyib. Uşaq iynə vurulmayacaq qədər kiçik olduğundan onun dişi keyləşdirici krem vurularaq çəkilib.

Qeyd edək ki, İngilis Diş Həkimliyi dərnəyindən verilən açıqlama hər 2000 uşaqdan bir uşağın dişlə doğulduğunu bildirib: "Dişlərin kökləri uyğun şəkildə inkişaf etmədiyindən sallaq olur”. 

12 günlük körpənin dişini çəkdilər - FOTO - VİDEO
12 günlük körpənin dişini çəkdilər - FOTO - VİDEO

 

İcmal.Az

RƏYLƏR