12 illik dəhşətli qətlin üstü açıldı - 16 yaşlı qızı bacısının əri ... - FOTO

OXUNUB: 887 DÜNYA

Türkiyənin Kayseri şəhərində 12 ildir yoxa çıxan və bacısının əri tərəfindən öldürüldüyü deyilən 16 yaşlı Filiz K. cinayəti ilə bağlı ilginc detallar ortaya çıxıb.

İcmal.Az Milliyet-ə istinadən xəbər verir ki, U.Ç baldızı Filiz K.-nı iplə necə boğduğunu və cəsədini mağarada necə gizlətdiyini ifadəsində etiraf edib. U.Ç-nin ifadəsi 16 yaşlı gənc qızın cinayət öncəsi yaşadığı dəhşəti də ortaya çıxarıb.

2006-cı ilin 17 sentyabr tarixində Kayseridəki evindən çıxan Filiz K.-dan 12 il xəbər almaq mümkün olmayıb. İllər sonra polislər Filizin qətlə yetirildiyini üzə çıxarıblar. Polislər Filiz-i bacısının əri U.Ç-nın öldürdüyünü müəyyən edib. Sorğuya aparılan U.Ç günahını etiraf edib.

"QAÇMASIN DEYƏ BAĞLADIM"

U.Ç-nin ifadəsinə görə zaman-zaman evdən qaçan Filiz K. ona zəng edərdi. Bu dəfə də elə oldu. Filiz K. U.Ç-yə zəng edib və Nevşehirdə olduğunu, Antaliyaya gedəcəyini söyləyib və U.Ç ilə görüşüblər. U.Ç, Filizi evə qayıtmağı üçün yola gətirməyə çalışıb. Maşını ilə qızı Kayseriyə gətirərkən yol kənarında durmalı olurlar. Həm gəziblər, həm də söhbət ediblər. U.Ç ifadəsində belə deyib:

"Filiz "Sən məni ailəmə aparacaqsan" deyərək yanımdan qaçmağa çalışdı. Qolundan tutaraq qoymadım. Gəzərkən su kənarında tapdığım və Filiz qaçarsa, əllərini bağlayaram deyə gizlicə cibimə qoyduğum ipi çıxarıb ikiqat etdikdən sonra Filizin qollarının üstündən sinəsinə kimi bağladım. İpi öz çiynimdən önümə keçirərək, maşına doğru dartmağa başladım. Filiz müqavimət göstərirdi. Ancaq ona heç fikri vermədən ipdən dartırdım.

 

"İP BOĞAZINA KEÇDİ, DİLİ ÇÖLDƏ İDİ"

Bir müddət sonra səsi kəsildi. Ağırlaşmağa başladı. Mən müqavimət göstərdiyini düşünərək sürüməyə davam etdim. Bu şəkildə təxminən 30 metr getdik. Sonra əllərinin yana düşdüyünü gördüm. Dönüb baxdığımda ipin boğazına keçdiyini, üzünün göyərdiyini və dilinin çöldə qaldığının şahidi oldum. Dərhal ipi boğazından çıxardım. Nə səs, nə nəfəs, nə də hərəkət var idi. Üzünə su səpdim, sinəsinə masaj etdim, ancaq bir hərəkət etmədi. Boynu sağa-sola düşürdü.

"BAŞI YOX İDİ, QARNI YARILMIŞDI"

Həyəcanlanaraq nə edəcəyimi bilmirdim. Çünkü Filizin öldüyünü anlamışdım. Filizi durduğumuz yerdən bir metr aşağı atdım. Otları üzərinə örtdüm və maşınımla sürətlə oradan uzaqlaşdım. Kayseriyə qayıtdım. Bu hadisə ilə bağlı heç kimə heç nə demədim. Biri aşkar edər düşüncəsiylə 10 gün sonra olay yerinə getdim. Cəsədi tapdım. Başı boyun nahiyəsindən yox idi. Ayaq və baldır hissələri parçalanmışdı. Qarnı, sanki, pəncə ilə yarılmışdı. Filizi o halda tapdıqdan sonra onu qurd-quş yeməsin deyə bir yerdə gizlətməyi düşündüm. Oradakı mağaralardan birinə sürüyüb, orada gizlətdim".

İcmal.Az

12 illik dəhşətli qətlin üstü açıldı - 16 yaşlı qızı bacısının əri ... - FOTO

RƏYLƏR