12 yaşlı qızın məktubu tapıldı - İnşallah, hamilə qalmaram - FOTO

OXUNUB: 790 DÜNYA
Türkiyənin Qars şəhərində 12 yaşlı qız təcavüzə uğrayıb.

Ona təcavüz edən şəxs doğma əmisi olub.

Məktəbdən qızın məktubu tapıldıqdan sonra məsələnin üstü açılıb. O, məktubda başına gələnləri yazıb. "Niyə hamı mənimlə pis davranır?", - la başlayan məktub "İnşallah hamilə qalmaram. Qalsam, ailəm öldürər", - sözləri ilə bitir.

Məktubdan sonra qızın əmisi saxlanılıb. Onun ifadəsi alınıb. 28 yaşlı kişi hərbi xidmətdən yeni qayıtdığını, bu səbəbdən də belə əməl törətdiyini etiraf edib./milli

12 yaşlı qızın məktubu tapıldı - İnşallah, hamilə qalmaram - FOTO

İcmal.Az

RƏYLƏR