14 mərtəbəli mənzilin sonuncu mərtəbəsində baş verən yanğın söndürülüb

OXUNUB: 229 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yenişehir rayonu Fabrika Mahallesi Ulaş-14 mənzilinin sonuncu mərtəbəsində səhər saatlarında yanğın baş verib. Yanğın tez bir zamanda dam örtüyünə keçib. Xəbərdarlıq üzərinə yanğınsöndürənlər, polis və tibb qrupları ünvana göndərilib. Ehtiyat tədbiri olaraq binada olanlar təxliyyə edilərkən yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb. Damda olan sonuncu mərtəbədəki mənzilə ziyan vuran yanğına ilkin baxışda elektrik cərəyanının təması nəticəsində baş verdiyi müəyyən edilib.

7NEWS.az

RƏYLƏR