2 uşaq atası sevgilisini ayağı ilə boğub öldürdü - Bakıda dəhşət

OXUNUB: 791 HADİSƏ
Fərhad Şaqaliyev 17 il müddətinə azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirlən Fərhad Şaqaliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

50 yaşlı F.Şaqalıyev 35 yaşlı sevgilisi Gülnarə Sadıqovanı ayağı ilə boğub öldürməkdə ittiham edilir.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, F.Şaqaliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə müşavirədən sonra onun 17 il müddətinə azadlıqdan məhrum ediliməsi barədə hökm çıxarıb.

İttiham aktına əsasən, hadisə ötən ilin oktyabr ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. F.Şaqaliyev qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızını boğaraq öldürüb.
50 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyib, onun nəfəsini kəsərək öldürüb. Hadisə vaxtı F.Şaqaliyev sərxoş olub.

O bir müddət əvvəl tanış olduğu Şamaxı sakini G.Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub.

Ailəli, 2 uşaq atası olan F.Şaqaliyev tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.
Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır./bizimyol.info

İcmal.Az

RƏYLƏR