Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edir

OXUNUB: 598 SİYASƏT

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Bu barədə İcmal.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun nümayəndələri Ankara şəhərində (Türkiyə Respublikası) Azərbaycan və Türkiyə arasında "Müdafiənin planlaşdırılması və hərbi strategiya” mövzusunda əməkdaşlıq üzrə təcrübə mübadiləsi, Konya şəhərində (Türkiyə Respublikası) "Anadolu Ankası - 2018” təliminin əsas planlaşdırma konfransı, eləcə də San-Antoniyo şəhərində (ABŞ) "Təkmilləşdirilmiş ingilis dili təlimatçısı kursu” və Potsuolli şəhərində (İtaliya) "Tibbi dayanıqlıq” üzrə seminarda iştirak edirlər.

İcmal.Az

RƏYLƏR