Saatlıda şagird müəmmalı şəkildə ölüb

OXUNUB: 716 HADİSƏ

Saatlıda məktəbdə ölüm hadisəsi baş verib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yahya Eldar oğlu məktəbdə ölüb. 

Onun hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır. Ehtimal olunur ki, məktəbli döyüldükdən sonra vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR