Gənc idmançı dünyasını dəyişdi: AVTOMOBİL QƏZASINDA

OXUNUB: 1278 HADİSƏ
Bakı şəhəri, Binəqədi rayonu ərazisində ölümlə nəticələnən qəza baş verib. 
İcmal.Az xəbər verir ki, Binədəqi qəsəbə sakini Bəxtiyar Rəsulovun idarə etdiyi 90 GR 774 dövlət nömrə nişanlı, "Mitsubishi” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza nəticəsində sürücünün əmisi oğlu Firuddin Rəsulov dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarəti alıb. Həyatını itirən Firuddin Rəsulov avtomobilin şüşəsindən çölə çıxıb və başının asfatla dəyməsi nəticəsində ağır xəsarət alıb. Xəstəxanaya aparılarkən yolda keçinib.
Firudin Rəsulov 08 dekabr 1992-ci ildə Tovuz rayonunda anadan olub. Zəhmətkeş ailədə dünyaya göz açan Firuddinə dostları "BABAŞ" deyə müraciət ediblər. 10 yaşından etibarən boksla məşğul olan gənc idmançı qısa zaman kəsiyində böyük uğurlara imza atıb. Babaş nəinki qohumları, həm də dostları arasında öz etibarı, sədaqəti ilə hörmət qazanmış gənc idmançı idi.
Allah rəhmət eləsin!
İcmal.Az




RƏYLƏR