Sürücünü vurub təhqir edən şəxs həbs edildi- 10 gün

OXUNUB: 748 HADİSƏ

Qaraçuxur qəsəbəsində avtomobilin qarşısını kəsərək sürücünü vurub təhqir edən şəxs barəsində Suraxanı rayon məhkəməsi qərar verib. Avtosfer.az xəbər verir ki, 99-RZ-878 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobili idarə edən 1981-ci il təvəllüdlü Suraxanı rayon sakini Cəfərov Xalid Asif oğlu, qarşısını kəsdiyi sürücünü vurub söydüyü üçün sənədlər toplanılaraq baxılması üçün Suraxanı Rayon Məhkəməsinə  göndərilib. Bu gün məhkəmənin qərarı ilə Cəfərov Xalid Asif oğlu barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə həbs edilən Cəfərov Xalid tanınmış mühasibdir və o, "Praktiki Mühasibatlıq" mövzusunda ödənişli təlimlər keçir.


 

 

RƏYLƏR