Bərdədə insident: Komitə sədri kəndə getdi

OXUNUB: 725 SİYASƏT

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bərdədə vətəndaşlarla görüşüb.

İcmal.az axar.az-a istinadən xəbər verir ki, qəbulda rayon hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib.

Rayonun Qaradırnaq kəndində baş tutan görüşdə bir müddət əvvəl yaşanmış insident müzakirə edilib.

Örüş yeri ilə bağlı yaranmış narazılığın hüquqi təfərrüatının müəyyən edilməsi üçün vətəndaşların fikirləri, rəyləri, hadisə ilə bağlı müfəssəl məlumatlar dinlənilib. Görüşdə vurğulanıb ki, vətəndaşlar həmişə dövlətin yanında olublar, Prezidentin siyasətini dəstəkləyiblər, hüququn aliliyi, ədalətin təsbit edilməsi üçün ölkə rəhbərliyi tərəfindən atılan addımları alqışlayıblar.

Eləcə də görüşdə hadisə zamanı baş verən qanunsuz davranışlarla bağlı məsələlər müzakirə olunub. Hakimiyyət orqanlarının sona qədər obyektiv mövqe tutulacağı, hər bir detalın ayrıca araşdırılacağı qeyd olunub.

Komitə sədri bildirib ki, bundan sonrakı hüquqi mərhələlərdə də proses onun nəzarətində olacaq, daim diqqət mərkəzində saxlanılacaq.

Daha sonra Z.Oruc bir neçə sakinin müraciəti əsasında irriqasiya, suvarma sistemləri ilə bağlı məsələləri müzakirə edib. Xüsusilə yeni artezian quyularının qazılması və pandemiyadan əvvəl başlayan işlərin davam etdirilməsi ilə bağlı proseslə maraqlanıb.

Həmçinin, millət vəkili karantin rejiminin qaydaları, sosial məsafə davranışları nəzərə alınmaqla yerli sakinlərlə görüşüb, orda vurğulanıb ki, pandemiyadan xalqımız və dövlətimiz ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla çıxıb, artıq bölgələrdə, əsasən də aqrar sahədə fəaliyyət tam bərpa edilib.

Qeyd edək ki, Bərdə rayonu ilə bağlı ciddi narazılıqlar mövcuddur. İcra başçısı Vidadi İsayevin rayondakı biznesi, həmçinin qanunsuz əməlləri bir neçə dəfə sakinlərin etirazına səbəb olub.

Ötən həftə isə Qaradırnaq kəndinin sakinləri örüş sahələrinin əllərindən alındığını bildirərək, etiraz aksiyası keçirmişdilər.

RƏYLƏR