ABŞ Sudanda təxliyə əməliyyatlarını başa çatdırdı

OXUNUB: 131 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, ABŞ Dövlət sözçünün müavini Vedant Patel, Sudanda qurudan evakuasiya əməliyyatlarını tamamladıqlarını və bu müddətdə 1300-ü ABŞ vətəndaşı olan 2 mindən çox insanı təxliyə etdiklərini açıqlayıb.

Mövcud şərtlər daxilində Sudandakı ABŞ vətəndaşları üçün məlumat verməyə davam edəcəklərini bildirən Patel, ABŞ vətəndaşlarına Sudana səyahət etməmələri barədə xəbərdarlıq etdiklərini bildirib.

7NEWS.az

RƏYLƏR