“Artıq müharibəsiz dövrə qədəm qoyulmalıdır...” – Elşən Musayev

OXUNUB: 1567 GÜNDƏM Özəl SİYASƏT
"Ermənistan heç zaman öz ağlı ilə oturub-duran dövlət olmayıb. Heç şübhəsiz ki, indi də yönəldicisi, istiqamət verəni var. Ona görə imitasiya edir, sülh müqaviləsini imzalamaqdan yayınır, zaman uzatmağa çalışır, təxribatlara əl atır. Amma Paşinyan nəhayət anlamalıdır ki, Zəngəzur dəhlizi açılmadan, sülh müqaviləsi imzalanmadan regionda sabitliyi təmin etmək çətin olacaq. Vəziyyət belə abstrakt qala bilməz. Məsələ həllini tapmalıdır. Artıq müharibəsiz dövrə qədəm qoyulmalıdır” –-  7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.  

"Eyni zamanda Ermənistandakı revanşistlər anlamalıdırlar ki, bundan sonra heç nə edə bilməzlər və onların çirkin arzuları daim ürəklərində qalacaq. 
Bir daha təkrar etmək istəyirəm: Məsələnin, problemin yeganə çözümü, həlli yolu sülhdür və sülh müqaviləsinin imzalanmasında Ermənistanın özü maraqlı olmalıdır. Yox əgər Paşinyan fərqli yol tutsa, yenə təxribatlara, manipulyasiyalara davam etsə o zaman ən böyük pisliyi özünə edəcək.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR