239 il əvvəl kəşf olunan - 239°C - TARİXİN GİZLİNLƏRİ - Anar Rəhimovun araşdırması

OXUNUB: 1604 Özəl AZƏRBAYCAN DÜNYA

1781-ci ilin bu günü ingilis astronom Uilyam Herşel özünün düzəltdiyi teleskop vasitəsilə Günəş sisteminin yeddinci planetini - Uranı kəşf edib.

 



Uran planeti Günəşə yaxınlığına görə yeddincidir. Radiusuna görə üçüncü, kütləsinə görə dördüncü ən böyük planet olan Uran həm də ən soyuq planetdir. Ən soyuq atmosfer oradadı, yəni mənfi 224 selsidən, 371-ə kimi şaxta olur. Daxili əsasən buz və qayalıqlardan ibarət planet təbəqəli bulud strukturuna malikdir. Uranın tərkibi Neptunla eynidir. Uran yaxşı və aydın havalarda gözlə görülə bilən, həm də Günəş sistemində ən az işıq yayan planetdir. Planetin qütblərində gecələr 40 il çəkir. Planet adını Yunan mifologiyasından səma tanrısı Uranos'dan alır.

 

Uranos


 

Ümumiyyətlə Uran barədə əfsanələr çoxdur. Deyilənə görə Uran qədim yunan Tanrısı Xaosun oğludur və özü də müqəddəsdir. Həyat yoldaşı Geya ilə müxtəlif yunan mifologiyasına aid müqəddəslərin valideynləridirlər.

 

Geya

 

 

Uran qəddar olduğu üçün Geya oğlu Krondan ərini öldürməyi rica edir. Nə isə, atasını taxtdan salan Krona sonralar öz oğlu Zevs bu aqibəti yaşadır. Rəvayətə Uranın qızı Afroditanın - gözəllik, eşq, əyləncə ilahəsinin doğulması ilə yekun vuraq. Ya da qalsın, çünki Avropalılar o vaxtdan üryan təsvirləri sevirlər.

 

Kron

 


Afrodita

 

 

Maraqlısı budur ki, qədim yunan mifologiyasının ilahi personajının adı ilə təkcə Uran planeti bağlı deyil. Elə radioaktiv uran da Xaosun oğlu Uran kimi həm faydalı ola bilir, həm də dağıdıcı! Çünki AES-lərə yanacaq, evlərə istilik, işıq, nuklear tibb olaraq, onkoloji xəstəliklərə əlac gətirməklə yanaşı, dünyanı məhv etmək iqtidarında olan nüvə silahlarının əsasını təşkil edir.


ANAR RƏHİMOV

RƏYLƏR