“30 ildir məğlubiyyətdən sırtılmışlar...” – Deputatdan radikal müxalifətə sillə kimi sözlər!

OXUNUB: 900 GÜNDƏM Özəl SİYASƏT


"Prezident seçkilərində iştiraka cəsarəti çatmayan radikal müxalifət hazırda konkret missiya həyata keçirir və söylədikləri hər kəlmədən, paylaşdıqları hər videodan, hər statusdan da açıq görünür ki, onlar bəlli qüvvələrin və şəbəkələrin sifarişlərini yerinə yetirirlər. Yəni, 2024-cü ilə də öz "amplua”larında giriblər. Riyakarlığı və şərəfsizliyi əsas prioritet və fəaliyyət istiqaməti kimi əxz, təbliğ edən "amplua”larında.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Əli Kərimlinin, ona bənzər digərlərinin hazırda çıxdığı efirlərin hamısının öz qiyməti var və verilən pulların miiqyasına uyğun da hədyanlar yağdırırlar, həqarətlər söyləyirlər. Eyni zamanda Tural Sadıqlı kimi binamuslar, mənəviyyatdan qısır qalmışlar, məramsız süləklər, siyasi bomjlar. Hamısı eyni şəbəkədir, eyni bezin qırağıdır, eyni anti-milli qruplaşmanın üzvləridir.

30 ildir məğlubiyyətdən sırtılmışların, Azərbaycana qarşı düşmən mövqedə dayananların siyasətlə məşğul olmağa haqları yoxdur və düşünürəm ki, növbəti mərhələdə AXCP kimi cinayətkar ruhlu, quldur fəlsəfəli, manqurt niyyətli Partiyaların qeydiyyat məsələsinə mütləq və mütləq şəkildə yenidən baxılmalıdır.” – deyə Partiya sədri fikirlərinə davam edib

RƏYLƏR