40 manat qarşılığında intim əlaqəyə girir - Gedə bilməsə.../ VİDEO

OXUNUB: 874 DÜNYA

Yunanıstan Afinadakı Omania meydanında 20 evro qarşılığında kişilərlə birlikdə olan 19 yaşlı gənc qaçqın Almaniyaya gedə bilməsə həyatına son verəcəyini deyib.

 Bədənini satdığını Əfqanıstandakı ailəsindən gizlədən, buna görə də, həqiqi adını açıqlamayan Qasım bu işi məcburən gördüyünü deyib.

 

Birlikdə olduğu adam başına 20 evro pul aldığını deyən Qasım baş verən köçkün axınından sonra qiymətlərin düşdüyünü bildirib. Yunanıstanın iki il əvvəl Qərbi Avropa ölkələrinə gedən qapılarının bağlanmasından sonra Qasım da burada məcburən qalanlardan biridir.

Bir ilə yaxın zamanını Serbiyada keçirən Qasım şansını Yunanıstanda yoxlamaq istəyib. Amma 19 yaşlı əfqan Almaniyaya getmək üçün 4 dəfə saxta pasport cəhdi göstərsə də, uğursuz olub. İstəmədiyi bir işi görərək həyatda qalmağa çalışan çox sayda gəncdən biri olan Qasım Almaniyaya gedə bilməzsə həyatına son verəciyini deyib. Yunanıstanda polis təşkilatının bağlı olduğu Mülki Müdafiə Nazirliyi etdikləri araşdırma nəticəsində Afinada cinsi həddi-büluğ yaşına çatmamış şəxslərin müəyyən qruplar tərəfindən istismar edildiyinə dair heç bir tapıntıya rast gəlmədiyini açıqlayıb./metbuat

İcmal.Az

RƏYLƏR