51 yaşlı qadın yandı - AZƏRBAYCANDA

OXUNUB: 848 HADİSƏ

Şamaxı rayonunda 51 yaşlı qadın yanıb.

İcmal.Az xəbər verir ki, hadisə şəhərin Təzəşəhər adlanan yaşayış massivində qeydə alınıb.

 

Belə ki, şəhər sakini, 1967-ci il təvəllüdlü Səidə Babaxan qızı Əkbərova həyətdə qaladığı ocağın üzərinə benzin tökərkən alov yüksəlib, nəticədə onun üz və boyun nahiyəsi, həmçinin hər iki əli yanıb. S.Əkbərova Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan sayta verilən məlumata görə, hazırda xəstənin vəziyyəti kafidir.

İcmal.Az

RƏYLƏR