53 əcnəbi inzibati məsuliyyətə cəlb edildi - VİDEO

OXUNUB: 1930 HADİSƏ

Mayın ilk on günü ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­ən tədbirlər za­ma­nı 22 Pakistan, 20 Özbəkistan, altı Hindistan, iki Türkiyə, iki Gürcüstan və bir nəfər Qırğızıstan və­tən­da­şı olmaqla, ümumilikdə, 53 əcnəbi sax­­­lanılıb.

DMX-dən İcmal.Az-a verilən məlumata görə, araşdırma zamanı Pakistan, Hindistan, Türkiyə, Gürcüstan və Özbəkistan vətəndaşlarının ölkə əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum olub.

19 nəfər Öz­­bəkistan vətəndaşının və bir nəfər Qır­ğı­zıs­tan vətəndaşının Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyənləşib.

Bundan əlavə, ölkədə qanunsuz ya­şa­yan Pakistan İslam Respublikasının vətəndaşları Tahira Yasmeen və Tabsum Khawaja Waqar Rahmed tərəfindən öz həmvətənlərini Azər­bay­can Respublikası əra­zisindən istifadə etməklə Avropa və Kanada istiqamətində tranzit keçidini təşkil etmək vədi ilə aldadaraq Azərbaycana gətirdikləri məlum olub.

T.Yasmeen həmin əcnəbilərin müxtəlif ün­van­larda yerləşdiril­mə­­sini həyata ke­çir­ib­, onlara Azərbaycanda müvəqqəti ya­şa­ma icazəsi alacağına vəd verməklə müəyyən məbləğdə pullarını mənimsəyib və qanunsuz miqrasiya­ya şərait ya­radıb.

Həmin əcnəbilərin müvafiq məsuliyyətə cəlb edilmələri, eləcə də, Azərbaycan Respublikası hüdudlarından kəna­ra çıxarılmaları istiqamətində müvafiq tədbirlər görülür.

İcmal.Az

RƏYLƏR