62 yaşlı kişi avtomobilində bıçaqlanaraq qətlə yetirildi

OXUNUB: 488 HADİSƏ

Sumqayıt şəhərində 62 yaşlı kişinin meyiti maşınında tapılıb. 

İcmal.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1956-cı il təvəllüdlü Aydın Şıxəliyevin meyiti onun idarə etdiyi "Mercedes" markalı avtomobildə tapılıb. Araşdırma zamanı onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR