62 yaşlı kişi qatarın altında qalaraq öldü - Bakıda bədbəxt hadisə

OXUNUB: 992 HADİSƏ
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

İcmal.Az lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində - Biləcəri dəmir yolu vağzalının yaxınlığında 1956-cı il təvəllüdlü Mövlanov Dövlət Allahverdi oğlu yük qatarının altında qalıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 62 yaşlı kişi həkimlərin səyinə baxmayaraq vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci maddəsi ( Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə iş başlanılıb. Araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR