72 yaşı ATU rektoru yeriyə bilmir, 4 nəfər idarə edir, oğlu universiteti talayır - VİDEO

OXUNUB: 372 GÜNDƏM HADİSƏ

7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Samir Feyruzov paylaşım edib: "Videodakı şəxs Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovdur. 

Diqqətlə baxın, kabinetindən çıxır, maşına oturmaq üçün 4 nəfər ona kömək edir. Nə məcburdur axı!? Məgər ahıl vaxtında illərlə oturduğun kreslodan öz xoşunla getmək belə çətindir!? 

Akif Süleymanovun artıq 72 yaşı var. 

Biləsiniz, bu universitetdə bütün məsələləri rektorun oğlu Şamil Süleymanov həll edir. Şamil harın həyat tərzi ilə tanınır, universitetə istədiyi adamı işə götürür, istədiyi adamı işdən çıxarır. Universitetin büdcəsini əsl dədə malı kimi öz dostları, "kadr"ları arasında bölür. Kimsə 50 il elm oxusun, elm öyrətsin, axırda bir uşaq gəlib özünə şirkətlər açsın və bu şirkətlər vasitəsilə bütün alimlərin haqqını, dövlətin pulunu yesin..." 

7NEWS.az

RƏYLƏR