80 yaşlı sabiq deputat karantin günlərində yeni şirkət qurdu (FOTOLAR)

OXUNUB: 1205 İQTİSADİYYAT HADİSƏ
"Milli Məclisin ötən iki çağırış deputatı olmuş 80 yaşlı Elxan Süleymanov ötən ayın 28-də, yəni ciddi karantin rejiminin hökm sürdüyü günlərdə özünün növbəti şirkətini - "Göyçay Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətini qeydiyyatdan keçirib".

Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook" səhifəsində xəbər yayıb. C. Həsənli şirkətin Elxan Süleymanovun hazırda yaşadığı Göyçay rayonunun Nizami küçəsi, ev 274-də hüquqi qeydiyyatdan keçdiyini bildirib.

"Keçmiş deputatın oğlu Vurğun Süleymanov isə (keçmiş gömrük generalı) bu il yanvarın 28-də hüquqi qeydiyyatı Ağsu rayonunun Kəndoba kəndində olan "Sümbül" İstehsal koorperativini təsis edib".

Cavanşir Həsənli bundan əvvəl Süleymanovların daha 4 şirkətinin fəaliyyət göstərdiyini qeyd edib:

"Elxan Süleymanovun təsis etdiyi Azərbaycan-Bolqarıstan birgə müəssisəsi "Azbol" 1996-cı ildə, "Aqro inkişaf" Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə, "Xəzər-XXI əsr" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2003-cü ildə, Vurğun Süleymanovun təsisçisi olduğu "AZ NM LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2004-cü ildə qeydiyyatdan keçib. "Xəzər-XXI əsr" MMC-nin ötən il ləğv edildiyi elan olunub".

"Elxan Süleymanov eyni zamanda 2005-ci ildə Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) da təsis edib. O, Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti dövründə dəfələrlə rüşvət və korrupsiya ittihamları ilə üzləşib", - deyə Cavanşir Həsənli əlavə edib.
 

 

RƏYLƏR