ABŞ 3 konvoyla Sudandan 700-dən çox insanı təxliyə edib

OXUNUB: 115 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel, son 3 gündə ABŞ hökumətinin təşkil etdiyi 3 konvoy ilə ABŞ vətəndaşları və yerli işçilər də daxil olmaqla 700-ə yaxın insanın Sudandan təxliyə edildiyini açıqlayıb.

Vedant gündəlik mətbuat konfransında deyib ki, aprelin 29-dan bəri ABŞ hökumətinin təşkil etdiyi üçüncü karvan Sudandan ayılıb.

Son konvoyun bu gün Port Sudana çatdığını bildirən Vedant bu vasitə ilə Sudandan 700-dən çox insanın təxliyə edildiyini bildirib.

7NEWS.az

RƏYLƏR