ABŞ-a ikinci Vyetnamı yaşadarıq - Cəsarətli çıxış

OXUNUB: 549 DÜNYA

ABŞ Venesuelanı işğal etməyə qərar verərsə, biz bu ölkəyə ikinci Vyetnamı yaşadarıq.

Bu sözləri Venesuela Konstitusiya Məclisinin rəhbəri Diosado Kabella deyib.

"Onlar hələ bilmirlər ki, ölkəmizə girsələr, buradan necə çıxacaqlar. Onlar buraya ayaq basarlarsa, toz udacaqlar. Biz onların ikinci Vyetnamı, dəhşəti olacağıq”, - deyə Kabella bildirib.

Qeyd edək ki, ötən ilin avqustunda D.Tramp Venesuelaya hərbi müdaxilə variantını müşavirləri ilə dəyərləndirib./axar.az

İcmal.Az

 


RƏYLƏR