ABŞ COVID-19 fövqəladə vəziyyətinə son qoyan qanun layihəsini təsdiqlədi

OXUNUB: 104 Özəl DÜNYA
ABŞ prezidenti Co Bayden Kovid-19 epidemiyası ilə bağlı fövqəladə vəziyyət rejiminə son qoymaq üçün qanun layihəsini imzalayıb.

7NEWS.az xəbər verir ki, Bayden, 2020-ci ildə elan edilmiş və son aylarda Konqresin hər iki palatası tərəfindən qəbul edilən Kovid-19 epidemiyası ilə əlaqədar milli fövqəladə vəziyyətə son qoymaq üçün respublikaçı qanunvericilərin təklif etdiyi qanun layihəsini təsdiqlədi.

Bu, Medicare və Medicaid federal sağlamlıq proqramları çərçivəsində epidemiya ilə bağlı bir sıra istisnalara son qoyacaq.

Uzun müddətdir ki, ölkədə Kovid-19-un yaratdığı tədbirlər xeyli yumşaldılıb.

7NEWS.az

RƏYLƏR