ABŞ-da bir gündə 3 silahlı hücum olub: 4 ÖLÜ

OXUNUB: 102 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-da atışma 1865-ci ildə köləliyin ləğvinin ildönümü kimi qeyd olunan "On İyun" hadisəsi zamanı baş verib. Yüzlərlə insan İllinoys ştatındakı Willowbrook Mall ticarət mərkəzinin qarşısında toplaşarkən izdiham atəşə tutulub. Yerli medianın məlumatına görə, azı bir nəfər ölüb, 19 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Şahidlərin sözlərinə görə, hücum zamanı ərazidə 300-ə yaxın adam olub. Hadisə yerinə çoxlu sayda təcili yardım və polis maşını göndərilərkən, hücumun səbəbinin araşdırılması davam edir.

7NEWS.az

RƏYLƏR