ABŞ-da növbəti Baş Qərargah rəisi vəzifəsinə göstəriləcək namizəd açıqlanıb

OXUNUB: 139 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, sabah ABŞ prezidenti Co Bayden Hərbi Hava Qüvvələrinin komandanı, general Çarlz Q. Braunun növbəti Baş Qərargah rəisi vəzifəsinə namizədliyini irəli sürəcək.
Ağ Evdən paylaşılan gündəlik mətbuat proqramına görə, Bayden sabah Hərbi Hava Qüvvələri komandanı vəzifəsini icra edəcək kiçik Çarlz Q. Braunu yeni Baş Qərargah rəisi vəzifəsinə irəli sürməyi planlaşdırır.

Baş Qərargah rəisi general Mark Millinin 4 illik səlahiyyət müddəti bu il başa çatır.
Baydenin yeni namizədi Senatdan keçərsə, kiçik Braun Kolin Paueldən sonra ölkə tarixində Baş Qərargah rəisi vəzifəsini icra edən ikinci qaradərili amerikalı olacaq.

7NEWS.az

RƏYLƏR