ABŞ-da sərnişin təyyarəsi digər təyyarənin sol qanadına çırpılıb

OXUNUB: 106 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın Massaçusets ştatındakı Boston Loqan hava limanında Detroyta taksi hərəkəti edən Delta Hava Yollarına məxsus Airbus A321 sərnişin təyyarəsi Nyuark reysinə hazırlaşan United Airlines-a məxsus Boeing 737 MAX tipli təyyarənin sol qanadına çırpılıb. Həmin anlar həvəskar kameraya əks olunarkən, təyyarələrdə olan sərnişinlər toqquşmanın təsirindən sarsılıblar. Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamada qəzada xəsarət alan olmadığı və qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib. Qəzadan sonra təyyarələrdən endirilən sərnişinlər başqa reyslərə yönləndirilib.

7NEWS.az

RƏYLƏR