ABŞ-da universitetə silahlı hücum edilib

OXUNUB: 240 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ növbəti dəfə silahlı hücuma səhnə oldu. Miçiqan Dövlət Universitetinin kampusunda atışma baş verib. AFP-nin xəbərinə görə, hücum nəticəsində ən azı 3 nəfər həyatını itirib. Miçiqan Ştat Universitetinin polisi Twitter hesabından verdiyi açıqlamada 5 nəfərin yaralandığını bildirib. Kampus polisinin müvəqqəti rəis müavini Kris Rozman bildirib ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

7NEWS.az

RƏYLƏR