ABŞ-ın kommersiya xam neft ehtiyatları azalıb

OXUNUB: 125 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 7 milyon 500 min barrel azalıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki ticari xam neft ehtiyatlarının keçən həftə təxminən 7 milyon 500 min barrel azalaraq 473 milyon 700 min barrelə düşdüyünü açıqladı. Bazar gözləntisi, ehtiyatların 187 min barel artacağı idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə dəyişməyərək 371 milyon 600 min barel səviyyəsində qalıb.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları 2 milyon 900 min barrel azalaraq 226 milyon 700 min barelə düşüb.

7NEWS.az

RƏYLƏR