ABŞ-ın Luisvil şəhərində bank işçisi dörd həmkarını öldürüb

OXUNUB: 111 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Polis hücumun İnstaqramda da canlı yayımlandığını bildirib. Həyatını itirənlər 40-64 yaş arasındadır. Hadisə nəticəsində 9 nəfər yaralanıb. Bildirilib ki, xəsarət alanlar arasında olan bir polis əməkdaşı cəmi iki həftə əvvəl işə başlayıb. Hadisə zamanı polis əməkdaşı başından güllə yarası alıb. Vəziyyəti ağır olan polisin beyin əməliyyatı aparılıb. Təhlükəsizlik qüvvələri 3 dəqiqə ərzində hadisə yerinə gələrkən, qarşıdurmada təcavüzkar da öldürülüb. Hücum yerli vaxtla saat 08:30 radələrində şəhərin mərkəzindəki Köhnə Milli Bankda baş verib.

7NEWS.az

RƏYLƏR