ABŞ-ın Türkiyədən tələbi nədir ? - ALLAHVERDİ NADİROĞLUNUN ŞƏRHİ - Senat saxta “Erməni soyqırımı” qanun layihəsini qəbul etdi

OXUNUB: 7823 Özəl ERMƏNİSTAN DÜNYA SİYASƏT
ABŞ SENATI SAXTA ERMƏNİ SOYQIRIMINI TANIDI 
ABŞ Senatı 1915-ci il hadisələrini "Erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul edib. Dördüncü dəfə səsə qoyulan qanun layihəsini yekdilliklə qəbul olunub. Qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında 11 səsə 405 səslə qəbul edilib,  lakin Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə  isə təsdiqlənib. Qətnaməni demokrat senator Menendez və respublikaçı senator Ted Kruz təqdim edib. 

ABŞ-IN TÜRKİYƏDƏN İSTƏYİ NƏDİR ?
Təbii ki, acı da olsa etiraf etməliyik ki, qondarma "soyqırımı”n tanınması ermənilər üçün ciddi irəliləyişdir. Bu bir növ Vaşinqtonun Ankaraya siyasi basqısıdır. Bəs Vaşinqtonu bu addımı atmasına nə vadar etdi? Onun Türkiyədən tələbi nədir? Birləşmiş Ştatlar Türkiydən ilk olaraq 3 istəyinin yerinə yetirilməsini tələb etdir. 1. Türkiyə ordusunu Suriya ərazisindən çıxarsın. 2. Türkiyə ordusu PYD terror təşkilatına qarşı əməliyyatları dayandırsın. 3. Türkiyə Rusiyadan S400 raketlərinin alışından imtina etsin. 
ABŞ Senatının qondarma "erməni soyqırımı” qətnaməsi layihəsini qəbul etməsi həm də türk diasporasının fəaliyyətsizliyini üzə çıxardı. Göstərdi ki, indiki halda, bu təşkilatların heç bir ideologiyası və fəlsəfəsi yoxdur. Tez bir zamanda türk diasporaları təşkilatlanmalı və onların fəaliyyəti genişləndirilməlidir. Yaxşı olardı ki, ABŞ və digər dövlətlərdəki türk diasporaları ortaq strategiya əsasında öz prinsiplərini ortaya qoysun.

"SENATIN QƏTNAMƏSİ AĞ EV SİYASƏTİNİ ƏKS ETDİRMİR” 
"ABŞ Senatı tərəfindən "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi Ağ Ev administrasiyasının rəsmi siyasətini əks etdirmir". Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger deyib. SİTAT: "Bu qətnamə qanunverici orqanın sənədidir. Senat bu məsələ ilə bağlı qərar qəbul edib və biz bunu nəzərə almalıyıq" SİTATIN SONU. Səfir həmçinin ABŞ və Türkiyənin, o cümlədən NATO çərçivəsində də müttəfiq olduqlarını vurğulayıb.

TÜRKİYƏNİN CAVABI ÖZÜNÜ ÇOX GÖZLƏTMƏDİ
Türkiyə XİN layihənin qəbul edilməsini tarixin siyasiləşdirilməsini utancverici örnək kimi qiymətləndirib. "Bu, Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi səylərinin qarşısını alan təxribat xarakterli təşəbbüsdür. Qərarın hüquqi əsası yoxdur. Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək” deyə acıqlamada qeyd olunub. 
ABŞ Senatının Osmanlı İmperiyasında qondarma "erməni soyqırımı"nın tanıması ilə bağlı qəbul etdiyi qərarı Ankara və Vaşinqton arasındakı ikitərəfli əlaqələrin gələcəyinə təhdiddir. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun öz "Twitter" səhifəsində bildirib. 
"ABŞ Senatının məlum qərarı Türkiyə hökuməti və xalqının gözündə yox səviyyəsindədir” bu fikiri isə Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül səsləndirib.  SİTAT: "Məlum qərarı nə hüquqi, nə siyasi, nə də tarixi olaraq tanıyırıq. Tarixin və hüququn siyasiləşdirilməsi heç bir millətə, heç bir ölkəyə fayda gətirə bilməz. 1915-ci il hadisələri ilə bağlı arxivləri açmaq barədə fikirlərimizi dəfələrlə ən yüksək səviyyədə bildirmişik və bu mövzuda elm adamları ilə birgə hər cür diskussiyaya açığıq. Soyqırımı törətməyən yeganə millət türk millətidir” SİTATIN SONU.


RƏYLƏR