7NEWS.az xəbər verir ki, ABŞ və Avropa İttifaqı (Aİ) arasında polad və alüminiuma gömrük rüsumu ilə bağlı mübahisəni həll etməzdən əvvəl ABŞ prezidenti Co Bayden oktyabrın 20-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Çarlz Mişel ilə görüşəcək. Aİ-nin yüksək rütbəli rəsmisi bildirib ki, görüşün məqsədi transatlantik tərəfdaşlığı gücləndirmək, Ukrayna ilə bağlı güclü mesaj vermək, Rusiyaya qarşı sanksiyalar və bu sanksiyaların pozulmasının qarşısını almaq yollarını müzakirə etməkdir.
7NEWS.az