ABŞ prezidenti Bayden Fransa prezidenti Makronla görüşüb

OXUNUB: 119 Özəl DÜNYA
ABŞ prezidenti Bayden Fransa lideri Makronla Ukraynaya yardım və Hind-Sakit okean regionunda əməkdaşlığı müzakirə edib. 

7NEWS.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada ABŞ prezidenti Co Baydenin Fransa prezidenti Emmanuel Makronla telefon danışığı apardığı bildirilib. Açıqlamada, liderlərin Ukraynaya dəstək və təhlükəsizlik yardımlarını davam etdirmək əzminin müzakirə edildiyi bildirilib. 

Bayden və Makronun ABŞ və Fransa arasında Hind-Sakit Okean bölgəsindəki əməkdaşlığı müzakirə etdikləri bəyanatda "Çinin qaydalara əsaslanan beynəlxalq nizama qarşı çağırışları" çərçivəsində birgə səyləri də müzakirə etdikləri qeyd edilib. 

Bəyanatda bildirilib ki, liderlər təmiz enerjiyə keçidin sürətləndirilməsi istiqamətində yaxından əməkdaşlığa sadiq olduqlarını bir daha bəyan ediblər. 

7NEWS.az

RƏYLƏR