ABŞ-ın "Military Watch” hərbi mövzulu dərgisi Rusiya istehsalı olan "Su-57” ilə Amerika istehsalı "F-35” qırıcı təyyarələrini müqayisə edib.
Bu iki qırıcının önəmli dərəcədə fərqli olduğu bildirilən xəbərdə "Lokid Martin” şirkətinin məhsulu olan "F-35”in aşağı manevr qabiliyyətinə sahib zəif bir təyyarə olduğu qeyd edilib.
"Su-57”-nin isə havada üstünlük əldə etmək üçün dizyn edilən ağır təyyarə olduğu bildirilib. Bununla yanaşı, Rusiya istehsallı təyyarənin rəqibi ilə müqayisədə hava mübarizəsinə çox daha uyğun olduğu vurğulanıb.
"Su-57” sürətinə, uçuş yüksəkliyinə, sensorlarına, raketlərinə, hədəfi vurma məsafəsinə, hücum imkanlarına, pilotu qorumasına və manevr qabiliyyətinə görə bütün özəllikəri ilə rəqibindən önə çıxır.
Məqalədə, həmçinin, ABŞ Senatının Türkiyəyə "F-35” qırıcısının satışını blok etdiyi, bu durumda rəsmi Ankaranın Amerika təyyarəsi yerinə "Su-57” ala biləcəyi qeyd edilib. "Military Watch” Türkiyənin "Su-57” alması durumunda hava qüvvələrinin önəmli ölçüdə daha təhlükəli hala gələcəyini vurğulayıb./publika
İcmal.Az