ABŞ strateji neft ehtiyatı üçün 3 milyon barrel neft alacaq

OXUNUB: 116 Özəl DÜNYA
ABŞ administrasiyası strateji neft ehtiyatı üçün avqust ayında tədarük olunacaq 3 milyon barrelə qədər xam neft alacağını açıqlayıb. 

7NEWS.az xəbər verir ki, benzinin qiymətinin aşağı düşməsinə kömək etmək üçün keçən il strateji neft ehtiyatından xam neft satan ABŞ ehtiyatlarını artırmaq üçün xam neft almağa davam edir. ABŞ Energetika Nazirliyindən verilən açıqlamada, avqust ayında tədarük üçün 3 milyon barrelə qədər xam neftin alınacağı bildirilib. Açıqlamada qeyd edilib ki, yeni alışlar Texasdakı Big Hill Strateji Neft Ehtiyatı üçün ediləcək. 

7NEWS.az

RƏYLƏR