ABŞ Tomaqavk raketinin satışına icazə verdi

OXUNUB: 144 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada, Avstraliyanın Qərbi Sakit Okean bölgəsindəki "ən mühüm müttəfiqlərindən biri" olduğu və raket satışı ilə bağlı razılaşmanın "Birləşmiş Ştatların xarici siyasət və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcəyi" ifadə edildi. Açıqlamada, AUKUS müqaviləsi çərçivəsində alınması planlaşdırılan Virciniya sinifli sualtı qayıqlardan Tomahawk raketlərinin atılacağı bildirilib. Arizonada yerləşən Amerika şirkəti Raytheon ilə təqribən 900 milyon dollar dəyərində 220 raket alqı-satqısı müqaviləsinin imzalanması gözlənilir.

7NEWS.az

RƏYLƏR