ABŞ Ukraynaya əlavə 300 milyon dollar hərbi yardım edib

OXUNUB: 113 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ Rusiyanın hücumlarından müdafiə olunmaq üçün Ukraynaya hərbi yardım göstərməkdə davam edir. ABŞ Dövlət Departamentindən edilən yazılı açıqlamada ABŞ-ın Ukraynaya 300 milyon dəyərində əlavə Hərbi Yardım edəcəyi açıqlanıb və "Rusiyanın müharibəsinə qarşı müdafiə edən ukraynalı tərəfdaşlarımızın yanında olmağa davam edəcəyik" ifadələri işlədilib. Sözügedən yardım paketi ABŞ Müdafiə Nazirliyinin inventarından müharibə başlayandan bəri Ukraynaya verilən 37-ci yardım paketidir.

7NEWS.az

RƏYLƏR