ABŞ və Yunanıstan Qərbi Trakyada birgə təlimlər keçirir

OXUNUB: 273 Özəl DÜNYA
ABŞ və Yunanıstan Qərbi Trakiyanın Xanthi şəhərindəki tank atış poliqonunda təlimlər keçirir.

7NEWS.az xəbər verir ki, Yunanıstan Quru Qoşunları Komandanlığından verilən açıqlamaya görə, ABŞ və Yunanıstan Xanthi şəhəri yaxınlığındakı Kayalar kəndində 'Trakya Əməkdaşlıq-23' adlı təlimə başlayıb.

Tank poliqonunda keçirilən təlimdə ABŞ-ın 101-ci Hava Alayının 25-ci Zirehli Briqada, 71-ci Hava Desant Nəqliyyat Briqadası, 21-ci Zirehli Briqada, 1-ci Ordu Aviasiya Briqadası və 2-ci Briqada Döyüş Komandası iştirak edir.

7NEWS.az

RƏYLƏR