ABŞ Xartum səfirliyini təxliyyə edəcək

OXUNUB: 144 Özəl DÜNYA
ABŞ Müdafiə Nazirliyi Sudanda qarşıdurmaların şiddətlənməsi ilə ABŞ-ın Xartumdakı səfirliyinin mümkün təxliyyəsində xidmət etmək üçün bölgəyə qoşun yeridəcəyini açıqlayıb. 

7NEWS.az xəbər verir ki, Sudanda münaqişələrin davam etməsi Vaşinqtonu hərəkətə keçirib. ABŞ mediası iddia etdi ki, Dövlət Departamenti Konqresə Sudandakı təhlükəsizlik vəziyyətinin artıq Xartum səfirliyinin nizamlı şəkildə boşaldılmasına imkan vermədiyini, Xartum hava limanının bağlandığını və zədələndiyini və hərbi təxliyənin tələb olunacağını bildirib. 

Dövlət Departamenti bu mövzuda heç bir açıqlama verməsə də, Pentaqon Xartumdakı səfirliyin mümkün boşaldılması üçün bəzi planların hazırlandığını açıqlayıb. 

7NEWS.az

RƏYLƏR