Abşeronda eyvanda iş görən qadın beşinci mərtəbədən yıxılaraq ölüb

OXUNUB: 449 HADİSƏ

 Abşeron rayonunun Masazır qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 32 yaşlı Əhmədliyeva Səkinə Bəxtiyar qızı yaşadığı evin eyvanında iş görərkən ehtiyatsızlıqdan beşinci mərtəbədən yerə yıxılıb.

Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır./report

 

İcmal.Az

RƏYLƏR