Abşeronda işdən evə gələn kişi yolda bıçaqlanıb

OXUNUB: 603 HADİSƏ

Abşeron rayonunun Digah qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

 1980-ci il təvəllüdlü Qasımov Elsəvər Tahir oğlu işdən evə gələrkən yolda tanışı ilə mübahisə edib.

Əlbəyaxa dava zamanı tanışı ona bir neçə bıçaq zərbəsi vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralı cərrahi əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb./report

 

İcmal.Az

RƏYLƏR