Abşeronda qayın mülk üstündə yeznəsini bıçaqladı

OXUNUB: 617 HADİSƏ

Abşeron rayonunun Novxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

1986-ci il təvəllüdlü Quliyev Natiq Qurban oğlu qaynatasına məxsus mülkün ona aid olduğunu bildirib və bu səbəbdən onunla qaynı arasında əlbəyaxa dava düşüb.

Nəticədə qaynı onun bud nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR