Ağcabədi sakininin evindən silah-sursat tapıldı

OXUNUB: 706 HADİSƏ

Ağcabədi sakininin evindən silah-sursat aşkarlanıb.

İcmal.Az Trend-ə istinadən bildirir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında rayon sakini Aslan Rüstəmzadənin evinə baxış keçiriblər.

Evdən 1 ədəd "Makarov", 1 ədəd "Reck-Cobra" markalı qaz tapançaları, 44 ədəd travmatik patron, 2 qandal və 1 ədəd nunçaqi aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

İcmal.Az

RƏYLƏR