Acun İlıcalıdan operatorunun ölümündən sonra vacib qərar…

OXUNUB: 804 DÜNYA

Məşhur şoumen Acun İlıcalı operatoru Alper Baycının bıçaqlanaraq öldürülməsindən sonra Dominikana alternativ yer axtarmağa başlayıb.

 "Acun Medya” 10 ildir ki, Dominikan respublikasının Les Terrenas bölgəsində çəkilişlər aparırdı. Bu on il ərzində heç bir problem olmamışdı. Bundan başqa yerli sakinlər iş verən, veriliş üçün milyonlarla dollar xərcləyən "Survivor” komandasına hörmətlə yanaşırdı.

1750 işçisi olan Acun Türkiyə və Yunanıstandan başqa da 5 ölkəyə eyni verilişdən çəkir. Bu səbəbdən daha təhlükəsiz yer axtarılır. Bu zaman isə ekvator qurşağına yaxın, hava tempraturunun çox dəyişmədiyi, təyyarə ilə rahat gediş-gəliş olan ölkə və ya ada yeni çəkiliş məkanı olacaq./ölkə

İcmal.Az

RƏYLƏR