Adam oğurluğunda şübhəli bilinən azərbaycanlı Qazaxıstana verildi

OXUNUB: 465 HADİSƏ

İradə Rüstəmova Azərbaycandan Astanaya göndərilib. Qadın adam oğurluğunda şübhəli bilinir. 

İcmal.Az NUR.KZ portalına istinadla xəbər verir ki, bununla bağlı Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, şübhəlinin ekstradisiyası iyulun 30-da baş tutub. 

Rüstəmovun şübhəli bilindiyi cinayət 2017-ci ildə Qazaxıstanın paytaxtında törədilib. Bundan sonra o, ölkədən qaça bilib. 

Hazırda qadın istintaq təcridxanasında saxlanılır. 

İcmal.Az

RƏYLƏR