Ağdamda Bayraq Meydanı yandırıldı - VİDEO

OXUNUB: 554 SOSİAL
Dünən gecə Ağdam rayonunda yanğın baş verib.

İcmal.Az unikal.org-a istinadən xəbər verir ki, yanğın rayonun girişindəki Sultanbud təpəsində yerləşən Bayraq Meydanında baş verib. 

Belə ki, meydanda olan bayrağın aşağı tərəfindəki xəritənin maketinin Qarabağ və Naxçıvanın təsviri olan hissəsi yandırılıb. Yanğın əraziyə çağrılan yanğınsöndürən briqadaları tərəfindən söndürülüb. Yanğının kim tərəfindən törədildiyi bilinmir. 

Faktla bağlı araşdırılma aparılır.

Qeyd edək ki, Raqub Məmmədovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunmasından sonra belə yanğının baş verməsi isə müəmmalı olaraq qalır.

 

İcmal.Az

RƏYLƏR