Ağdamda qəza: sürücü "Mercedes"i divara çırpdı

OXUNUB: 546 HADİSƏ

Ağdamda avtomobil divara çırpılıb. Hadisə rayonun Paşabəyli kəndində baş verib.

1974-cü il təvəllüdlü Heydərov Şakir Nüsrət oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı daş divara çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin ağır bədən xəsarəti alıb. Yaralılar ilkin olaraq Ağdam, daha sonra isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdam polisi araşdırma başlayıb. Ilkin ehtimala görə, sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün qəza törədib. /apa

 

İcmal.Az

RƏYLƏR