7NEWS.az xəbər verir ki, Nyu-Yorkda keçirilən sessiyada Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) EUFOR-un Bosniya və Herseqovinadakı mandatının bir il uzadılmasına qərar verib. BMT Təhlükəsizlik Şurasının 15 üzvü ölkəsi Bosniya və Herseqovinada "sülh və sabitliyi qorumaq" üçün mandatı noyabrın 5-də başa çatması gözlənilən EUFOR-un mandatının daha bir il müddətinə uzadılması qərarını təsdiqləyib. Bosniya müharibəsindən sonra imzalanan Dayton sazişi ilə ölkədə sülhün həyata keçirilməsi beynəlxalq ictimaiyyətin nəzarəti altında həyata keçirilir.
7NEWS.az